Yunanıstan mediasında Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Qərblə yaxınlaşması və bu prosesdə Yunanıstanın mövqeyi ilə bağlı diqqətçəkən analiz dərc olunub.
Publik.az xəbər verir ki, bu barədə “Ta Nea” qəzeti məqalə dərc edib.
Bildirilib ki, Türkiyənin artan regional rolun artıq yalnız proqnoz deyil, reallıqdır. Analizdə Ankaranın Qərbin sabitliyində mühüm aktor kimi önə çıxdığı qeyd edilib.
Nəşrə görə, Yunanıstan Türkiyə kimi danışıqlarda bərabərhüquqlu tərəf ola bilmir və Qərb-Yunanıstan-Türkiyə üçbucağında formalaşan danışıqlar çərçivəsindən kənarda qalır.
Bildirilib ki, Ərdoğan Yunanıstanla deyil, ABŞ və bəzi Avropa İttifaqı ölkələri ilə danışıqlar aparır və Afinanı bərabər tərəf kimi qəbul etmir.
“Qərbdə oyunçu ilə oyunçu olmayan tərəf arasındakı fərq burada açıq görünür: ikinci tərəfə nə etməli olduğu deyilir, birincidən isə “Sizcə, biz nə etməliyik?” deyə soruşulur”, – analizdə vurğulanıb.
Həmçinin qeyd edilib ki, Türkiyənin İran münaqişəsində qəbul edilən vasitəçi mövqeyi Ankaraya Qərbdə artan nüfuzunu daha da gücləndirmək və təsir imkanlarını artırmaq üçün əlavə rıçaq verə bilər.
Müəllif: Roza
