Mahir Emrelidən üzücü xəbər – Komandanın iştirak ərizəsindən çıxarıldı
BEY.AZ informasiya agentliyi xəbər verir
Azərbaycan millisinin və Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasının futbolçusu Mahir Emreli növbəti dəfə zədələnib.
Metbuat.az “index.hr” saytına istinadən xəbər verir ki, 25 yaşlı hücumçu bu səbəbdən Zaqreb təmsilçisinin ölkə çempionatının XI turunda evdə “Slaven”ə 4:1 hesabı ilə qalib gəldiyi matçda iştirak etməyib.
O, sözügedən oyun üçün komandasının iştirak ərizəsində yer alsa da, meydana çıxmayıb.
Yerli mətbuat forvardın hansı şəraitdə zədə aldığını yazmayıb.
Qeyd edək ki, Mahir Emreli iyulun sonlarında belindəki zədəyə görə “Dinamo”nun bir neçə oyununu buraxmışdı.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.