fbpx

“Daha hakimlərin işinə qarışmayacam” – Qurban Qurbanov

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycan Premyer Liqasında IX turun “Qəbələ” – “Qarabağ” (0:1) oyunundan sonra təşkil edilən mətbuat konfransında qonaq komandanın baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

Metbuat.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirib:

“Futbolçularımı təbrik edirəm. Bu ərəfələr ən vacib 3 xalımızdan biri idi. Komandada bir az narahatlıq var idi. Səfərdən sonra tam özlərinə gəlməmişdilər. Bunun şahidi olduq. Çox əziyyət çəkdilər. Bəzən istədikləri alınmayanda gərginlik olur. Yaxşı komandaya qalib gəldik. Azlıqda qalsalar da, sona kimi mübarizə apardılar. “Qəbələ”yə uğurlar arzulayıram”.

– Leandro Andradenin vəziyyəti necədir?

– Böyük ehtimalla əzələ zədəsidir. Sabah dəqiq məlumat olacaq.

– Qırmızı vərəqə epizodunda hakimə nəsə dediz…

– Yox. Sadəcə, baxmaq istəyirdim.

– Belə təəssürat yarandı ki, qırmızı vərəqə verilməsini istəmirdiz…

– Daha hakimlərin işinə qarışmayacam. Referi dedi ki, baxmaq olmaz. Ona görə kənara çəkildim.

– Uzun fasilədən sonra meydanda olan Kevin Medina və Maksim Medvedev dueti necə təsir bağışladı? Qarşıdakı matçda meydana çıxa biləcəklər?

– Ümumən yaxşı çıxış etdilər. Amma oyun ritmində çatışmazlıq hiss olunurdu. Uzun fasilədən sonra çətindir. Amma sona kimi meydanda oyunu idarə edə bildilər. Bu, çox vacib idi. Rəqib azlıqda qalandan sonra daha rahat oldu. Bir neçə günümüz var. Hazırlıq səviyyələrinə görə qərar verəcəyik.

– Qarşıda “Olimpiakos”la oyun var. Ev matçı barədə nə düşünürsüz?

– Xüsusi bir fikrimiz yoxdur. Sabahdan hazırlığa başlayacağıq. Oyunumuzu analiz edəcəyik. Gedişata uyğun addım atmağa çalışacağıq. İstər-istəməz gərginlik var. Gözləntilər və istək çoxdur. Hazırlıqda problem olmayacaq. Sabahdan vaxtımız olacaq ki, futbolçuları optimal formaya qaytaraq.

– Oyun sistemində dəyişiklik olacaq?

– Oyunun gedişatında hansısa detallar əlavə oluna bilər. Öz oyunumuzu daha da yaxşılaşdırmağın üzərində işləməliyik.

– Qara Qarayevin De Byazi ilə bağlı problemləri aydın idi. Maksim Medvedev də taktika ilə bağlı açıqlama verdi. Hər iki oyunçunun “Qarabağ”ın üzvü olması müzakirələrə səbəb olub…

– Hər ikisi həm də millinin futbolçusudur. Qəribə bir şey görmürəm. Milli haqqında fikir bildirmirəm. Öz aralarında olan diskusiyadır. Hərə bir formada fikrini çatdırır. Dünya praktikasında olan şeylərdir. Belə hallar baş verir. Nə olur, onu deyə bilmərəm, fikir bildirmək düşüncəm yoxdur.

– Çoxları düşünür ki, “Qarabağ”a ölkədə rəqib yoxdur. Siz nə fikirləşirsiz?

– Çalışırıq, işimizi görək, üzərimizə düşən vəzifəni yerinə yetirək. Qarşıda çox oyun var. Çempion olmaq istəyirik. Amma bunu istəyənlər çoxdur. İndidən nəsə demək olmaz. Hər kəsə bizə inandıqları üçün təşəkkür edirəm.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin