fbpx

Azərbaycan avarçəkəni dünya ikincisi oldu

BEY.AZ informasiya agentliyi xəbər verir


Uelsin Pembrukşir şəhərində sahil avarçəkməsi üzrə dünya çempionatına yekun vurulub. Yarışda Azərbaycanı Diana Dimçenko təmsil edib.

Metbuat.az Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasına istinadən xəbər verir ki, yığma komandamızın üzvü irlandiyalı 2 qat dünya çempionu Cessika Berra və Avropa çempionatının mükafatçısı, isveçli Maria Berqin kimi avarçəkənlərin yer aldığı ilkin mərhələni birinci yerdə başa vurub.

17 nəfərlik qrupda mübarizəyə başlayan Diana təsnifat yürüşündə finişə 25 dəqiqə, 52 saniyəyə çataraq ən yaxın izləyicisini 35 saniyə qabaqlayıb. Bu nəticə ilə təmsilçimiz A finalında yarışmaq hüququ qazanıb.

A finalında da 17 idmançı mübarizə aparıb. Kifayət qədər titullu avarçəkənlərin yarışdığı həlledici yürüşdə Diana Dimçenkonu Dünya çempionluğundan cəmi 9 saniyə ayırıb. 25 dəqiqə, 05.86 saniyəyə finiş xəttinə çatan idmançımız dünya çempionatının gümüş medalına sahib olub. Birinci yeri Fransa, 3-cü yeri isə isveçli avarçəkən tutub.

Qeyd edək ki, Diana Dimçenko 2018 və 2019-cu illərdə Dünya çempionatının qalibi, 2021-ci ildə gümüş mükafatçısı olub.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin