fbpx

Suşi istehsalı müəssisəsində sanitariya normaları pozulub

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) suşi istehsalı müəssisəsində nöqsanlar aşkarlayıb.

Bu barədə Metbuat.az-a AQTA-dan məlumat verilib.

Agentlik əməkdaşları Bakı şəhəri, Nizami rayonu, Tofiq Abbasov küçəsi 2 ünvanında fəaliyyət göstərən fiziki şəxs Əliyev Elnur Tahir oğluna məxsus suşi istehsalı müəssisəsində aparılmış plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların, sanitariya norma və qaydalarının tələblərinin pozulduğu müəyyən edib.

Belə ki, müəssisədə sanitar-gigiyenik qaydalara əməl olunmadığı, istehsal sahəsində havalandırma sisteminin quraşdırılmadığı, döşəmə və divarların tamlığının pozulduğu, işçi heyətin geyinmə otağının təşkil edilmədiyi, həmçinin müvafiq təmizlik işlərinin aparılmadığı və digər nöqsanlar aşkar olunub. Aşkar edilmiş pozuntularla bağlı müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib, nöqsanların aradan qaldırılması üçün icrası məcburi göstərişlər verilib və bu sahədə qanunvericiliyin tələbləri izah olunub.

AQTA əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təmin edilməsi üçün ardıcıl tədbirlərini davam etdirir və istehlakçı hüquqlarının pozulmasına yönəlmiş qanunsuz halların qarşısının alınması istiqamətində müvafiq addımlar atır.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin