Azərbaycan boksçuları Avropa çempionatında 2 medal qazanıb
BEY.AZ informasiya agentliyi xəbər verir
Qadın boksçular arasında Monteneqronun Budva şəhərində keçirilən Avropa çempionatına yekun vurulub.
Metbuat.az xəbər verir ki, Azərbaycan millisi 30 ölkədən 154 boksçunun qatıldığı yarışı bir gümüş və bir bürünc medalla başa vurub.
Komandamızın heyətində Aynur Rzayeva ikinci yeri tutub. +81 kq çəki dərəcəsində mübarizə aparan yığma üzvü finalda ukraynalı Mariya Lovçinska ilə döyüşüb və rəqib qələbə qazandığından təmsilçimiz gümüş medalla kifayətlənib.
Ondan öncə isə Anaxanım İsmayılova (50 kq) bürünc medala yiyələnib.
Qeyd edək ki, komandamız Bakıya bu gün axşam saatlarında qayıdacaq.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.