fbpx

“Sabah” “Neftçi”yə qalib gəldi

BEY.AZ informasiya agentliyi xəbər verir


Futbol üzrə Misli Premyer Liqasında XI tura yekun vurulub.

Metbuat.az xəbər verir ki, turun son qarşılaşmasında “Neftçi” “Sabah”ı qəbul edib. “Bakcell Arena”da keçirilən görüş “Sabah”ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qonaq komandada qolları 37-ci dəqiqədə Coy-Lens Mikels, 45+7-ci dəqiqədə Emmanuel Apeh və 52-ci dəqiqədə Aleksey İsayev vurublar.

“Ağ-qaralar”ın heyətində isə 71-ci dəqiqədə Ömər Buludov hesab arasındakı fərqi azaldıb, 82-ci dəqiqədə Emin Mahmudov penalti zərbəsi ilə fərqi minimuma endirib. Lakin “Neftçi”nin bundan artığına gücü çatmayıb.

Günün digər matçında “Səbail” və “Şamaxı” komandaları qarşılaşıb. Oyunda hesab açılmayıb.

Qeyd edək ki, turun əvvəlki oyunlarında “Qarabağ” “Turan Tovuz”u 3, “Zirə” “Sumqayıt”ı 2 cavabsız qolla üstələyib. “Qəbələ” – “Kəpəz” matçlarında isə qalib müəyyənləşməyib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin