“Barselona” bu məşhur futbolçular ilə yollarını ayırır
BEY.AZ informasiya agentliyi xəbər verir
“Barselona” 2023-cü ilin yayında klubun dörd kapitanı olan təcrübəli futbolçularla vidalaşacağı bildirilir.
Metbuat.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb. Söhbət Serxio Buskets , Jerar Pike, Serxi Roberto və Jordi Albadan gedir.
Buskets və Robertonun müqavilələri bu mövsümün sonunda bitir. Serxio böyük ehtimalla karyerasını MLS-də davam etdirəcək. Onunla artıq bir neçə klub maraqlanır. Pike və Alba müqavilələri daha iki il müddətinə qüvvədədir, lakin onlar əsas heyətdəki yerlərini itiriblər. Buna görə də klub yüksək maaşlar səbəbindən onlarla vidalaşmaq niyyətindədir. Klubun baş məşqçisi Xavi artıq futbolçular üçün əvəzedicilər axtarmağa başlayıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.