fbpx

Polşa Almaniyadan təzminat tələb edir

BEY.AZ informasiya agentliyi xəbər verir


Polşa İkinci Dünya Müharibəsi zamanı dəymiş zərərin ödənilməsi üçün Almaniya hökumətindən tələb etdiyi təzminatın siyahısını dərc edib.

Metbuat.az xəbər verir ki, müvafiq siyahı Polşa Xarici İşlər Nazirliyinin saytında yerləşdirilib.

Nazirlik izah edir ki, sənəddə “təzminat” deyil, “kompensasiya” ifadəsi işlədilir.

1939-1945-ci illərdə dəymiş ziyana görə Polşa Almaniyadan aşağıdakıları tələb edib:

– 6 trilyon 220 milyard 609 milyon zlot məbləğində maddi və qeyri-maddi itkilərə görə kompensasiya;

– Qurbanlar və onların ailə üzvlərinə dəymiş zərər və ziyanın ödənilməsi;

– Polşadan oğurlanmış mədəni sərvətlərin geri qaytarılmasına üçün sistemli tədbirlərin görülməsi;

– 1939-1945-ci illərdə Almaniya dövləti tərəfindən oğurlanmış Polşa dövlət banklarının və kredit təşkilatlarının aktiv və öhdəliklərinin qaytarılması;

– Reyxin kredit ittifaqlarının soyğunçuluq fəaliyyəti nəticəsində yaranan debitor borclarının ödənilməsi;

– Almaniyadakı Polşa diaspor təşkilatlarına dəymiş ziyanın ödənilməsi;

– Milli azlıq statusunun bərpası yolu ilə Almaniyada polyakların və polyak mənşəli şəxslərin mövcud statusunun tam tənzimlənməsi;

– İkinci Dünya Müharibəsində Polşa qurbanlarının xatirəsini yad etməkdə Polşa ilə düzgün əməkdaşlıq.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin