Xəbərlər

Kremlin mətbuat katibi: “Ümid ən sonda ölür”

BEY.AZ informasiya agentliyi xəbər verir


“Rusiya qızıl-valyuta ehtiyatlarının dondurulmaması məsələsində öz maraqlarını bundan sonra da müdafiə etmək niyyətindədir”.

bey.az TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib .

“Nəzərə alsaq ki, söhbət bütün beynəlxalq qaydaların və qanunların pozulmasından gedir, o zaman təbii ki, biz öz maraqlarımızı müdafiə etməyə davam edəcəyik. Ümid ən sonda ölür”, – Peskov bildirib.

Qeyd edək ki, bundan əvvəl Avropa komissarı Didye Reynders bildirmişdi ki, Rusiya Federasiyasının 300 milyard avro həcmində dondurulmuş qızıl-valyuta ehtiyatları Rusiyanın iştirakı ilə Ukraynanın bərpasına başlanılan zaman dondurulmuş ola bilər.

Martın əvvəlində isə ABŞ , Aİ ölkələri , Böyük Britaniya və Yaponiya Rusiya Mərkəzi Bankına qarşı sanksiyalar tətbiq edərək, onun milli valyutalarındakı ehtiyatlarına qarşı sanksiya tətbiq ediblər.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir yanıt yazın

Başa dön tuşu