fbpx

Oğuzda vəhşi heyvanların parçaladığı meyit tapıldı

Oğuz rayonunda meşədə meyit aşkarlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov “Qafqazinfo”ya bildirib ki, bu gün gecə saatlarında Oğuz rayonunun Tayıflı kəndindəki meşəlik ərazidə meyit aşkarlanması barədə rayon polis şöbəsinə məlumat daxil olub.

Dərhal polis və prokurorluq əməkdaşları tərəfindən meyitə baxış keçirilib. Ölən şəxsin 62 yaşlı Əbülfət Ağayev olduğu məlum olub. İlkin araşdırma zamanı onun üzərində zorakılıq əlaməti aşkarlanmasa da, vəhşi heyvanlar tərəfindən meyitin parçalanması müəyyən edilib.

Qeyd edək ki, tək yaşayan Ə.Ağayev ruhi-əsəb xəstəsi olub və bir neçə gün öncə itkin düşüb. Onun itkin düşməsi barədə polis şöbəsinə müraciət daxil olmayıb.

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin