Bu gün Qətərdə XXII dünya çempionatına start veriləcək
BEY.AZ informasiya agentliyi xəbər verir
Bu gün futbol üzrə sayca XXII dünya çempionatına start veriləcək.
Metbuat.az xəbər verir ki, Qətərin ev sahibliyi etdiyi mundial 29 gün davam edəcək. 31 ən güclü komanda və meydan sahiblərinin iştirakı ilə dünyanın ən güclüsü müəyyən olunacaq. Qeyd edək ki, Qətər dünya çempionatına ilk dəfədir ki, ev sahibliyi edir.
Mundialda ümumilikdə 64 qarşılaşma keçiriləcək. 32 komanda hərəsində 4 yığma olmaqla 8 qrupda mübarizə aparacaq.
DÇ-nin qalibi uğrunda mübarizədə əvvəllər qalib olmuş 8 komandadan 7-si iştirak edəcək. Braziliya, Almaniya, Argentina, Uruqvay, Fransa, İngiltərə və İspaniya yenə titul qazanmaq arzusundadır. Elə mundialın əsas favoritləri də onlardır. Uruqvay istisna olmaqla, digəriləri qızıl medala namizədlər hesab olunur.
A qrupu: Qətər, Ekvador, Seneqal, Niderland
B qrupu: İngiltərə, İran, ABŞ, Uels
C qrupu: Argentina, Səudiyyə Ərəbistanı, Meksika, Polşa
D qrupu: Fransa, Avstraliya, Danimarka, Tunis
E qrupu: İspaniya, Kosta-Rika, Almaniya, Yaponiya
F qrupu: Belçika, Kanada, Mərakeş, Xorvatiya
G qrupu: Braziliya, Serbiya, İsveçrə, Kamerun
H qrupu: Portuqaliya, Qana, Uruqvay, Cənubi Koreya
Olimpiya sistemi ilə keçiriləcək mundial ev sahiblərinin DÇ-nin final mərhələsindəki debütü ilə əlamətdar olacaq.
Qeyd edək ki, Qətərdə keçirilən DÇ-2022-yə təqribən 208 milyard avro xərclənib. Bu, Rusiyada 2018-ci ildə keçirilən mundiala xərclənən məbləğdən 17 dəfə çoxdur. Rusiya dünya çempionatına ev sahibliyi etmək üçün 11,6 milyard funt-sterlinq (təxminən 13 milyard avro) xərcləyib.
Mundiala dekabrın 18-də yekun vurulacaq.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.