fbpx

Canni De Byazi yenidən Albaniya yığmasına rəhbərlik edə bilər

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi Albaniya yığmasının sükanı arxasına əsas namizədlərdən biridir.

Metbuat.az Report-a istinadən xəbər verir ki, italiyalı mütəxəssis bu vəzifədə həmyerlisi Eduardo Reyanı əvəzləyə bilər.

Albaniya Futbol Federasiyası 77 yaşlı baş məşqçi ilə başa çatan müqaviləni yeniləməyəcək. De Byazi ilə yanaşı, Dino Baccio və Esteban Kambyasso da yığmaya rəhbərlik etməyə namizədlərdən hesab olunur.

Yeni baş məşqçinin adına dekabrın ortalarında aydınlıq gələcək.

Qeyd edək ki, Canni De Byazinin AFFA ilə 2024-cü il Avropa çempionatının seçmə mərhələsinin sonunadək müqaviləsi var. 2011 – 2017-ci illərdə də Albaniya yığmasına başçılıq edən 66 yaşlı mütəxəssis komandanı AVRO-2016-nın final mərhələsinə çıxarıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin