fbpx

Kapital Bankın strukturunda dəyişikliklər və yeni təyinatlar olub

BEY.AZ informasiya agentliyi xəbər verir


Kapital Bankın strukturunda dəyişikliklər və yeni təyinatlar olub.

Bu barədə Metbuat.az-a bankdan məlumat daxil olub. Həmin təyinatları təqdim edirik.

İnsan resurslarının idarə edilməsi departamentinin direktoru Fərqanə Məmmədova Təşkilati inkişaf ofisinin lideri vəzifəsinə təyin olunub.

İnsan resurslarının idarə edilməsi departamentinin direktor müavini Aygün Musayeva Təşkilati inkişaf ofisinin Performansın idarə edilməsi departamentinin direktoru vəzifəsinə təyinat alıb.

Müştəri təcrübəsi sahəsinin lideri Fərid İslamov isə Müştəri dəyərləri ofisinin lideri vəzifəsinə təyin olub.

Marketinq və Agile metodologiyanın tətbiqi idarəsinin Agile ekspert mərkəzinin lideri Zaur Cəlilov Müştəri dəyərləri ofisinin Müştəri təcrübəsi sahəsinin lideri vəzifəsi tapşırılıb.

Risklərin idarə edilməsi departamentinin direktoru Ağarza Baxşıyev Risk ofisinin lideri vəzifəsinə təyin olunub.

Kredit Anderraytinqi departamentinin direktoru Nicat Rəsulov Biznes kredit riskləri və informasiya təhlükəsizliyi ofisinin lideri vəzifəsinə təyinat alıb.

Texnoloji həllər üzrə lider Fərid Səmədov isə Texnoloji həllər ofisinin lideri vəzifəsinə təyin olunub.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Kapital #Bankın #strukturunda #dəyişikliklər #və #yeni #təyinatlar #olub

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin