fbpx

Bu, terrorçunun səfirliyə ikinci hücumu olub: İran polisi harada olub?

BEY.AZ informasiya agentliyi xəbər verir


Bu gün Azərbaycanın Tehrandakı səfirliyinə qarşı edilən terror hücumunun yeni detalları məlum olub.

Metbuat.az xəbər verir ki, bu barədə “Qafqazinfo” yeni görüntülər əldə edib.

Yeni görüntülərə əsasən, onu demək olar ki, terror hücumu ani olmayıb, bu, planlaşdırılmış şəkildə həyata keçirilib.

Məlum olub ki, terrorçu İran vətəndaşı Yasin Hüseynzadə səhər saatlarında səfirliyimizə bir neçə dəfə hücum edib. Onun ilk hücumunun qarşısını səfirliyin mühafizə xidmətinin əməkdaşı Vasif Tağıyev alıb və onu qapıdan çölə çıxarıb.

İkinci cəhddə isə o, maşınında “kuvalda” götürüb qapını sındırmağa çalışıb. Bu zaman terrorçunun hücumda istifadə etdiyi “Kalaşnikov” avtomatını yerə qoyduğu da görüntülərdə açıq-aşkar görünür.

Maraqlıdır ki, bu proses 10 dəqiqədən çox davam edib və heç bir yerli polis əməkdaşı terrorçunun qarşısını almağa cəhd belə etmir. Bu görüntülərdən açıq-aşkar aydın olur ki, terror hücumu əvvəlcədən planlaşdırılıb və İran rəsmilərinin də dediyi kimi, ər-arvad mübahisəsindən irəli gələn hücum deyil.





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#terrorçunun #səfirliyə #ikinci #hücumu #olub #İran #polisi #harada #olub

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin