fbpx

Ya Ukraynadakı ambisiyalarını, ya da daxili sabitliyi düşünməlidir

BEY.AZ informasiya agentliyi xəbər verir


ABŞ-ın Müharibə Araşdırmaları İnstitunun məlumatına görə, Rusiya Prezidenti Vladimir Putin marta kimi Donetks və Luqansk vilayətlərini ələ keçirməyə əmr edib. Həmçinin bildirilib ki, ehtimal edilən növbəti səfərbərlik Rusiyadakı daxili narazılığı gücləndirə bilər.

Daha əvvəl ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu və Britaniya kəşfiyyatı Rusiyada səfərbərliyin növbəti dalğasının qaçılmaz olduğunu bildirmişdi.

Xatırladaq ki, Ukrayna Müdafiə və Təhlükəsizlik Şurasının sədri Oliksiy Danilovun sözlərinə görə, qarşıdakı aylar müharibənin taleyi üçün həlledici olacaq.

Mart ayına kimi Rusiya döyüş meydanında üstünlüyü ələ almaq niyyətindədir. Bunun səbəbləri barədə əvvəllər danışmışıq. Birincisi, qarşıdakı aylarda Qərb dövlətləri Ukraynaya ağır və müasir tanklar tədarük edəcəklər. Həmin texnikalar Kiyevin “əlini gücləndirəcək”. Ona görə də Moskva tankların tədarükünə qədər strateji üstünlüyü ələ almağa çalışacaq.

İkinci bir tərəfdən, savaşın ildönümünün tamam olmasına bir aydan da az vaxt qalıb. Fevralın 24-də Putinin xalqa müraciəti gözlənilir. O, “müjdə” vernməlidir. Putin ya yeni ərazilərin nəzarətə götürüldüyünü açıqlamalı, ya da gələcək planlarla bağlı inandırıcı fikirlər səsləndirilməlidir.

Məlum olduğu kimi, Donetks və Luqanskın müəyyən hissəsi artıq Rusiyanın nəzarəti altındadır. Rusiya ordusu artıq həmin ərazilərdə möhkəmlənib. Ona görə də sözügedən əraziləri tamamilə ələ keçirmək nisbətən asandır. Rusiya Silahlı Qüvvələri bunu bacararsa, hər şeydən əvvəl Ukrayna üzərində psixoloji üstünlük qazana bilər.

Amma Donetsk və Luqanska tam nəzarəti təmin etməkdən ötrü Rusiyaya əlavə qüvvə lazımdır. Bu isə o deməkdir ki, ölkədə yeni səfərbərliyin elan olunması ehtimalı kifayət qədər realdır.

Ümumiyyətlə, Kreml indi 2 seçim arasında qalıb. Rusiya hakimiyyəti ya daxildəki durumu, ya müharibəni düşünməlidir. Çünki Ukraynadakı savaşla bağlı ambisiyaları hakimiyyətə qarşı narazılığı və qəzəb artırır. Sözsüz ki, Rusiyada səfərbərlik elan olunarsa, bu, müharibənin gedişatına müsbət, daxildəki duruma isə mənfi təsir edəcək.

Rusiyalıların əksəriyyəti başa düşür ki, onlar öz torpaqları uğrunda döyüşmürlər. Ona görə səfərbərlikdən imtina edirlər. Davam edən səfərbərlik isə mövcud iqtidar əleyhinə etirazları artırır.

Yəqin ki, qarşıdakı həftələrdə Rusiya döyüş meydanında üstünlüyü ələ almağa çalışacaq. Və buna tərs münasib olacaq daxildəki gərginlik artacaq.

Siyasi şərhçi Kənan Novruzov / Metbuat.az



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Ukraynadakı #ambisiyalarını #daxili #sabitliyi #düşünməlidir

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin