fbpx

Azərbaycanda son beş ildə pensiyalar 2,5 dəfə artıb

BEY.AZ informasiya agentliyi xəbər verir


Bu ilin əvvəlindən reallaşdırılan yeni sosial islahat paketinin tərkib hissəsi kimi, Prezident İlham Əliyevin təsdiq etdiyi yeni qanunla minimum aylıq əmək pensiyasının məbləği 2023-ci il fevralın 1-dən 280 manata çatdırılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, beləliklə, 1 fevral tarixinə məbləği 280 manatdan az olan pensiyaların məbləğləri həmin məbləğə çatdırılacaq.

“Eyni zamanda həmin tarixdən sonra pensiyaya çıxacaq şəxslərə təyin edilən pensiyanın minimum məbləği artıq 240 deyil, 280 manat təşkil edəcək. Son 5 ildə aparılan sosial islahatlar nəticəsində ölkəmizdə sosial ödənişlərdə ciddi artımlara, o cümlədən minimum pensiyanın 2,5 dəfə artırılaraq 110 manatdan 280 manata çatdırılmasına nail olunub. Hazırda minimum pensiya məbləği 2023-cü il üzrə pensiyaçılar üçün müəyyən edilmiş yaşayış minimumunu (199 manat) 81 manat və ya 40,7 faiz üstələyir”, – deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, 2023-cü ilin əvvəlindən həyata keçirilən yeni sosial islahat paketi çərçivəsində pensiya ilə yanaşı, əməkhaqqı, müavinət və təqaüdlərin də növbəti dəfə artırılması təmin edilib.

You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Azərbaycanda #son #beş #ildə #pensiyalar #dəfə #artıb

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin