fbpx

Ceyhun Bayramov Rusiya Prezidentinin xüsusi nümayəndəsi ilə görüşdü

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Rusiya Federasiyası Prezidentinin beynəlxalq mədəniyyət əməkdaşlığı üzrə xüsusi nümayəndəsi Mixail Şvıdkoy arasında görüş keçirilib, nazir rusiyalı rəsmini Ermənistanın artan təxribatları barədə məlumatlandırıb.

Metbuat.az xəbər verir ki, görüşdə Azərbaycanla Rusiya arasında humanitar və mədəniyyət sahələrində əməkdaşlıq məsələləri, regional humanitar layihələr müzakirə olunub.

Ceyhun Bayramov post-münaqişə dövründə Azərbaycanın sülh quruculuğu sahəsində səyləri, bölgədə yenidənqurma işlər barədə ətraflı məlumat verib. Ermənistan tərəfinin artan təxribatlarının, sülh sazişi üzrə danışıqlarda yaratdığı çətinliklərin, bölgədə vəziyyəti gərginləşdirməyə yönəlmiş addımların sülhə maneçilik törətdiyi vurğulanıb.

Rüya tabirlerini burdan oku

Xüsusi nümayəndə Mixayıl Şvıdkoy Azərbaycanın multikulturalizm məkanı olduğunu, Azərbaycanda keçirilən beynəlxalq forumların əhəmiyyətini xüsusi qeyd edərək, mədəniyyət və humanitar sahələrdə birgə proqramların həyata keçirilməsinə hazır olduqlarını bildirib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Ceyhun #Bayramov #Rusiya #Prezidentinin #xüsusi #nümayəndəsi #ilə #görüşdü

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu