Çikaqoda uçan taksi xidməti işə başlayacaq
BEY.AZ informasiya agentliyi xəbər verir
“United Airlines” və “Archer Aviation”ın birgə əməkdaşlığı çərçivəsində 2025-ci ildə Çikaqoda uçan taksi xidməti fəaliyyət göstərəcək.
Metbuat.az xəbər verir ki, iki şirkət elektriklə işləyən təyyarə ilə şəhərdə ilk hava taksi marşrutunu işə salmağı planlaşdırdıqlarını açıqlayıb.
Sərnişinlər pik saatlarda trafikdə qalmadan “Archer’s Midnight” təyyarəsi ilə şəhərin mərkəzindən hava limanına təxminən 10 dəqiqəyə gedə biləcəklər.
Qeyd edək ki, “United Airlines” keçən il 1 milyard dollarlıq müqaviləyə imza ataraq, 200-ə qədər “Archer” uçan taksisi almağa razılıq verib.
“Archer’s Midnight” təyyarəsi eyni anda dörd müştəri daşıya biləcək.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Çikaqoda #uçan #taksi #xidməti #işə #başlayacaq