“Taksim Kebap”ın rəhbərinə ölkədən çıxış qadağan edildi
BEY.AZ informasiya agentliyi xəbər verir
Məşhur “Taksim Kebap” restoranının filiallarından birinin rəhbəri Həqiqət Mamedovanın ölkədən çıxışına qadağa qoyulub.
Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki onun barəsində Dövlət Vergi Xidməti tərəfindən Bakı Kommersiya Məhkəməsində iddia qaldırılıb. Hakim Kənan Hüseynovun sədrliyi ilə keçirilən iclasda iddia təmin edilib.
H.Mamedovanın “Montana-H” MMC-nin rəhbəri kimi vergi borcunu ödəməkdən yayındığı bildirilir.
Qeyd edək ki, “Taksim Kebap” Bakıda bir neçə filialı olan məşhur restoranlar şəbəkəsidir. H.Mamedova isə daha əvvəl mediada şəbəkənin Binəqədi rayonunda yerləşən filialının rəhbəri kimi təqdim edilib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Taksim #Kebapın #rəhbərinə #ölkədən #çıxış #qadağan #edildi