“Ermənistan-Azərbaycan sərhədində baş verənlər İrəvanın təxribatıdır”
BEY.AZ informasiya agentliyi xəbər verir
“Düşünürəm ki, Ermənistan Azərbaycanla böyük müharibəni uduzacaq. Üçüncü Qarabağ müharibəsi şübhəsiz ki, Azərbaycanın qələbəsi ilə başa çatacaq”.
Metbuat.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Rusiya Siyasi Tədqiqatlar İnstitutunun direktoru, politoloq Sergey Markov bildirib.
O, bu gün Ermənistan-Azərbaycan sərhədində baş verənləri İrəvanın təxribatı adlandırıb.
“Hazırda Ermənistan Avropa İttifaqının müşahidəçi missiyasını öz tərəfinə çəkib. Ermənistan müdafiə naziri NATO-nun Brüsseldəki mənzil qərargahına gedib Ermənistan və Azərbaycan arasında baş verənlərdən danışır. Bu məqamda bu cür silahlı təxribat Ermənistana çox sərf edir. Belə olan halda İrəvan Avropa İttifaqı, Fransa və NATO-nu daha çox öz tərəfinə cəlb etmiş olur. Eyni zamanda Ermənistan Qarabağın erməni əhalisinin Azərbaycan cəmiyyətinə inteqrasiya olunmasına maneə olmaq üçün imkan qazanmış olur. Düşünürəm ki, Ermənistan müdafiə nazirinin Brüsselə, NATO-nun mənzil qərargahına göndərilməsi Ermənistanın böyük səhvidir. Ona görə ki, hazırda NATO-nun mənzil qərargahında olan Ermənistan müdafiə nazirinə Rusiya heç nədə kömək etməyəcək. Rusiya Azərbaycana kömək edəcək”, – deyə rusiyalı politoloq vurğulayıb.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
Google News Abone ol
Səndə məqalə yaz
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#ErmənistanAzərbaycan #sərhədində #baş #verənlər #İrəvanın #təxribatıdır