fbpx

Heydər Əliyev Moskvaya gedəndə ağlamışdım

BEY.AZ informasiya agentliyi xəbər verir


“Dərhal maşını sürdürdüm Mərkə­zi Komitəyə. Qəbul otağında otur­muşdum, heç 15-20 dəqiqə keçmədi, Heydər Əliyev məni qəbul etdi. Kabi­net bomboş, hər yan yığışdırılıb. Dedi: “Abid, nəsə bir sözün, xahişin var?”

Metbuat.az xəbər verir ki, o, “Xalq qəzeti”nə müsahibəsində 1982-ci ildə Heydər Əliyevin SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilməsindən danışıb.

“Bir tərəfdən sevinirdim, digər tərəfdən istəmirdim o Bakıdan getsin. Bunu elə o vaxt ona dedim. Necə?

1982-ci ildə Heydər Əliyev artıq Azərbaycan ictimaiyyəti ilə sağolla­şıb Moskvaya yola düşəcəkdi. Onun köməkçiləri vardı – Rafael Allahver­diyev və Mixail Zabelin. İkisini də çox gözəl tanıyırdım. Cümə günü idi. Rafa­el Allahverdiyevə zəng vurub dedim ki, “kişiynən görüşmək istəyirəm”. Dedi: “Abid, sən nə danışırsan? İndi Heydər Əliyeviçin heç kimi, hətta qohumlarını belə qəbul etməyə vaxtı yoxdur. Yalnız bəzi kollektivləri qəbul edir. Bir-iki günə Moskvaya yola düşür”. Bilirdim ki, həqiqətən də, yola düşməyə hazırlıq gedirdi.

Rafaellə münasibətimiz çox yaxşı idi. Dedim: “Rafael, sən gəl mənə nağıl danışma, sənin borcun mənim sözümü o kişiyə çatdırmaqdır. De ki, qəbul etməsə də canı sağ olsun, qəbul etsə də sağ olsun. Mənim borcumdur o kişiyə hesabat verim”…

Şənbə günü Rafaeldən xəbər çıxmadı. Bazar günü idi. Nasosnuda dəmiryolunun obyektləri var idi. Çox çətin obyektlər sayılırdı. Uzun müd­dət idi tikilirdi, başa çatmırdı. Getmiş­dim ora, oğlum da uşaq idi, özümlə aparmışdım. O vaxt tramvay parkı ilə üzbəüz binada yaşayırdım. Nasosnu­dan qayıdıb evə gəlirdim. Həyətə təzə çatmışdım, yoldaşım balkondan mənə səsləndi ki, “qalxma, qalxma, saat 3-də Mərkəzi Komitədə olmalısan. Səni gözləyirlər”.

Dərhal maşını sürdürdüm Mərkə­zi Komitəyə. Qəbul otağında otur­muşdum, heç 15-20 dəqiqə keçmədi, Heydər Əliyev məni qəbul etdi. Kabi­net bomboş, hər yan yığışdırılıb. Dedi: “Abid, nəsə bir sözün, xahişin var?” Dedim: “Yox. Gəldim bu iki ildə gör­düyüm işlər barədə sizə məlumat ve­rim”. Dedi: “Ehtiyac yoxdur. Mən sənin işindən razıyam”. Sonra soruşdu ki, “Plenumda oldun?” Plenum da onun yerinə Azərbaycanın KP MK-ya birinci katibin seçilməsi ilə bağlı idi, həm də Heydər Əliyev partiya fəalları ilə sağol­laşırdı. Dedim: “İştirak edirdim”. Dedi: “Camaat necə baxırdı mənim getmə­yimə?” Dedim: “Necə baxacaqlar, ağ­laşırdılar. Elə mən də ağlamışam bütün plenum boyu”. Həqiqətən, ağlamışdım, çünki onu həmişə özümə arxa bilmiş­dim. Dedi: “Yeni birinci katibin təyina­tına münasibət necə oldu?” Dedim: “Heydər Əliyeviç, öz yetişdirdiyiniz kadrdır, necə baxarlar, əlbəttə yaxşı”. Beləcə, söhbətimiz başa çatanda dedi: “Sağ ol. Sənə bir şey lazım olsa, prob­lemin olsa, mənə məlumat ver”.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol


Səndə məqalə yaz

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Heydər #Əliyev #Moskvaya #gedəndə #ağlamışdım

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin