fbpx

Evli kişi qonşu qadınla əlaqə qurdu, onunla evlənmək istəməyəndə… – Gəncədə ŞOK

Gəncə şəhərində 1990-cı il təvəllüdlü Aqil şəxsi münasibətlər zəminində yaranan münaqişə zamanı tanışı Ləmana (adlar şərti verilib – red.) xəsarət yetirib.

BEY.AZ bildirir ki, Aqil evinin qarşısında olan zaman qonşusu, əvvəllər qeyri rəsmi ər-arvad münasibətində olduğu Ləmanın öz yaşadığı evdə mobil telefonla uca səslə danışıb, onun ünvanına nalayiq sözlər işlətdiyini eşidib. O, hansı səbəbdən söyüldüyünü aydınlaşdırmaq məqəsdi ilə Ləmanın yaşadığı evə gedib.

Ləman ona yaxşı edib söydüyünü deyib. Mübahisə zamanı Aqil Ləmanın qarın nahiyəsinə iki bıçaq zərbəsi vurub.

Aqilin barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Aqil bildirib ki, Ləmanla qonşuluqda yaşayıb, hadisədən təxminən 8-9 ay əvvəl onunla yaxın münasibəti olub: “Dəfələrlə onun yaşadığı evdə və Gəncə şəhəri ərazisində görüşmüşük, cinsi əlaqədə olmuşuq. Qeyri-rəsmi ər-arvad münasibətində olduğumuz müddətdə bir neçə dəfə mübahisələrimiz də düşüb”.

Təqsirləndirilən şəxs qeyd edib ki, sonuncu dəfə hadisədən təxminən 15 gün əvvəl mübahisələri olubvə Ləman ondan polisə şikayət edib: “Bundan sonra münasibətlərimiz pozuldu. Ləmanın anası Sevil də qızına görə mənimlə mübahisə etdi. Ona bildirdim ki, Ləmana aldığım mobil telefonu qaytarsın. Sevil də bizi üzləşdirmək üçün evinə cağırdı. Aramızda olan münasibəti Sevilə danışdım və telefonu istəmədiyimi dedim”.

Aqilin sözlərinə görə, səhəri gün Ləman onu küçəyə çağırıb: “Ləman arvadımın yanında məni nalayiq söyüşlərlə təhqir etdi və intim münasibətimizi küçədə yüksək səslə dedi. Ləmanı sakitləşdirdim və evlərinə yola saldım”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisə günü saat 9 radələrində evinin qarşısında, yəni küçədə Ləmanın evinin pəncərəsi baxan hissədə tərəfdə oturaraq siqaret çəkib: “Bu zaman Ləman evinin küçə tərəf pəncərəsini açdı, telefonla danışaraq barəmdə “gördünmü onu nə günə saldım, hələ arvadına da sözümü deyəcəm, Aqil kişi deyil, peysərdi, gör onun başına nə oyunlar açacam” kimi sözlər dediyini eşitdim.

Bu sözlərdən əsəbləşdim və evin arxa hissəsinə keçdim. Hasardan aşaraq həyətə düşdüm. Ləman evin qapısını açdı, həyətə çıxdı. Onun qolundan tutdum, nə səbəbə ünvanıma nalayiq sözlər dediyini soruşdum. Ləman yaxşı elədiyini, hələ bundan da artığını deyəcəyini bildirdi. Mübahisə zamanı həyətdəki stolun üzərində olan bıçağı götürdüm və Ləmanı sol qarın nahiyəsinə iki dəfə zərbə vurdum.

Ləman qarın nahiyəsini tutdu. Mən qan axdığını gördüm və özümü itirərək onun qolundan tutdum, evin içərisinə apardım. Evdə Ləmana şərbət düzəldərək verdim. Onu xəstəxanaya aparmaq istədim, amma razı olmadı. Anasına zəng etməyimi istədi.

Ləmanın telefonundan Sevilə zəng etdim, telefonu onun özünə verdim. Ləman anasına tez evə gəlib onu xəstəxanaya aparmağını istədi.

Ləman mənə “anam gəlir, sən çıx get” dedi. Mən də evin arxa tərəfində olan hasardan aşaraq çöl tərəfə keçdim. Oradan uzaqlaşdım”.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Ləmanın sözlərinə görə, Aqillə təxminən 8-9 ay müddətdə qeyri-rəsmi ər-arvad münasibətində olub: “Aqil ailəli olsa da, mənimlə də ailə qurub, nikah bağlamaq istədi. Münasibətimiz olan vaxtlar mənə kreditlə mobil telefon aldı.

Hadisədən təxminən 15 gün əvvəl Aqil mənimlə sərt davrandığı və məni qısqanaraq sıxdığı üçün ayrıldım. O isə məndən əl çəkmədi, hədə-qorxu gələrək yenidən birlikdə olmağımızı istədi. Bir dəfə evinə getdim, arvadına dedim ki, get, ərinə yiyə dur, məndən əl çəksin.

Növbəti gün Aqil mənə aldığı telefonu geri qaytarmağımı bəhanə edərək yaşadığım evə gəldi, mənimlə mübahisə etdi”.

Zərərçəkmiş qeyd edib ki, hadisə günü, saat 9 radələrində evdə olan zaman anası ilə mobil telefonla danışıb: “Anam Aqlinin məni narahat edib-etmədiyini soruşdu. Mən isə Aqlinin ünvanına nalayiq ifadələr işlətdim, telefonu söndürdüm. Pəncərəyə yaxınlaşaran Aqlin küçədə siqaret çəkdiyini gördüm. Onun məni bıçaqla vura biləcəyini düşünmədim.

Toyuqları hindən açıb buraxmaq üçün həyətə çıxdım. Həmin vaxt Aqil qolumdan tutdu və nə səbəbə ünvanına nalayiq ifadələr işlətməyimi soruşdu. Ona nalayiq sözlər deməyimi bildirdim.

Aqil bıçaqla sol qarın nahiyəmə 2 dəfə vurdu. Bıçaqlardan birinın qarın nahiyəmə batdığını hiss etdim. Aşağı əyildim, qarnımı tutaraq qışqırdım. Aqil qolumdan tutub məni evin içərisinə apardı, şərbət düzəldib verdi, məni xəstəxanaya aparmağı təklif etdi. Lakin razı olmadım, anama zəng vuraraq təcili evə gəlməsini bildirdim”.

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb.

Məhkəmənin hökmü ilə Aqil 2 il müddətinə azadlıqdan məhrum edilib. TELEQRAF

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin