İstehlaka yararsız kolbasa məhsulları məhv edildi
BEY.AZ informasiya agentliyi xəbər verir
Qida Təhlükəsizliyi Agentliyi istehlakçı hüquqlarının qorunması və qida təhlükəsizliyinin təmin edilməsi üçün müvafiq tədbirlər görür, həmçinin bu sahədə sahibkarlıq subyektləri ilə birgə əməkdaşlığı davam etdirir.
Metbuat.az xəbər verir ki, bu barədə Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsi məlumat yayıb.
Bildirilib ki, “Hicaz 313” MMC-nin istehlaka yararsız qida məhsullarının məhv edilməsi ilə bağlı müraciəti əsasında iki adda, ümumi çəkisi 3,9 ton kolbasa məhsulu “EkoSum” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#İstehlaka #yararsız #kolbasa #məhsulları #məhv #edildi