fbpx

Azərbaycanda şəkər tozu bahalaşacaq? – AÇIQLAMA

BEY.AZ informasiya agentliyi xəbər verir


Sosial şəbəkələrdə Azərbaycanda şəkər tozunun bahalaşacağı ilə bağlı iddialar səsləndirilir. Həmçinin qeyd edilir ki, artıq bu məhsulun istehsalında azalma var.

Metbuat.az-a danışan “Azad İstehlakçılar Birliyi”nin sədri Eyyub Hüseynov bildirib ki, əgər satışa olan tələbat azalıbsa, qiymət qalxa bilməz:

“Əgər şəkər tozunun satışı ilə bağlı azalma baş verməsi ilə bağlı iddialar doğrudursa, qiymət bahalaşa bilməz. Tələb azalanda, qiymət qalxmır. Etiraf etməliyik ki, hökumət biznes qurumları üçün toxunulmazlıq şəraiti yaradıb. Prezident İlham Əliyevin dediyi kimi, ölkədə kartel sövdələşmələri, inhisarçılıq yox deyil. Belə halda tələb azalsa da, bahalaşma görülə bilər”.

Onun sözlərinə görə, ölkədə hazırda ehtiyatda şəkər tozu var:

“Məndə olan məlumata görə, hazırda kifayət qədər şəkər tozu ehtiyatı var. Proqnozlarıma görə, qiymət qalxmayacaq. İndi mürəbbə bişirilən aylardır, amma qiymətlərin sabiq qalacağı gözlənilir”.

Qeyd edək ki, hazırda şəkər tozunun qiyməti 1,60 manat arası dəyişir.

Gülər Seymurqızı



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Azərbaycanda #şəkər #tozu #bahalaşacaq #AÇIQLAMA

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin