fbpx

DİM ixtisas seçimi ilə bağlı abituriyentlərə müraciət etdi

BEY.AZ informasiya agentliyi xəbər verir


Dövlət İmtahan Mərkəzi (DİM) II və III ixtisas qrupları üzrə ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi edəcək abituriyentlərə müraciət edib.

Mərkəzdən Metbuat.az-a bildirilib ki, DİM Direktorlar Şurasının sədri Məleykə Abbaszadə avqustun 11-də saat 11:00-da Mərkəzin Youtube kanalı vasitəsilə II və III ixtisas qrupları üzrə ixtisas seçimi edəcək abituriyentlərə statistik məlumatlar əsasında diqqət yetirməli olduqları məsələlər haqqında məlumat verəcək.

Qeyd edək ki, “Abituriyent” jurnalının 4 saylı buraxılışının, həmçinin II və III qruplar üzrə “İxtisas seçimi zamanı nələrə diqqət yetirməli?” adlı kitabçaların sabah gün ərzində nəşr olunması nəzərdə tutulur.

I və IV qruplar üzrə müvafiq kitabçalar isə imtahan nəticələri ilə əlaqədar yaradılmış Apellyasiya komissiyası öz işini yekunlaşdırdıqdan sonra – növbəti həftənin axırına kimi nəşr olunacaq.

Xatırladaq ki, ali təhsil müəssisələrinə qəbul olmaq üçün ixtisas seçimi avqustun 16-dan 28-dək internet vasitəsilə aparılacaq.




You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#DİM #ixtisas #seçimi #ilə #bağlı #abituriyentlərə #müraciət #etdi

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin