fbpx

Elnur Məmmədov Lavrovun müavini ilə görüşdü

Rüya Yorumları burda

BEY.AZ informasiya agentliyi xəbər verir


Avqustun 25-də Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Elnur Məmmədov Rusiyaya səfəri çərçivəsində Rusiya Federasiyasının xarici işlər nazirinin müavini Mixail Qaluzin ilə görüşüb.

XIN-dən Metbuat.az-a verilən xəbərə görə, görüşdə Azərbaycan və Rusiya arasında ikitərəfli əməkdaşlıq gündəliyində duran aktual məsələlər, o cümlədən regionda mövcud vəziyyət müzakirə olunub.

Azərbaycan və Rusiyanın ikitərəfli, o cümlədən çoxtərəfli platformalar çərçivəsində qarşılıqlı faydalı əməkdaşlıq münasibətlərinə malik olduqları bildirilib.

Rüya tabirlerini burdan oku

Görüş zamanı, iki ölkə arasında siyasi dialoqun, müxtəlif sahələr, o cümlədən iqtisadiyyat, ticarət, mədəniyyət, humanitar və s. sahələr üzrə əməkdaşlığın səviyyəsinin məmnunluq doğurduğu qeyd olunub. Bu xüsusda, əlaqələrin daha da genişlənməsi istiqamətində mövcud potensialdan istifadənin zəruriliyi vurğulanıb.

Nazir müavini, Elnur Məmmədov həmçinin qarşı tərəfi post-münaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi və sülh gündəliyinin irəli aparılması istiqamətində görülən işlər, Ermənistan tərəfinin bu səylərə xələl gətirən, beynəlxalq hüquqa və 10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata zidd olan hərbi-siyasi təxribatları barədə qarşı tərəfi məlumatlandırıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Elnur #Məmmədov #Lavrovun #müavini #ilə #görüşdü

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu