Rəsmi Bakı Paşinyanı Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyasını dəstəkləməyə çağırıb
BEY.AZ informasiya agentliyi xəbər verir
Rəsmi Bakı Ermənistanın baş naziri Nikol Paşinyanı Qarabağın erməniəsilli sakinlərinin Azərbaycan cəmiyyətinə reinteqrasiyasını dəstəkləməyə çağırıb.
Metbuat.az xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin Ermənistanın baş naziri Nikol Paşinyanın hökumət iclasında çıxışı zamanı səsləndirdiyi iddialara dair şərhində əksini tapıb.
“Azərbaycanın ərazi bütövlüyünü sözdə dəstəkləyən Ermənistan Baş naziri yaxşı olardı ki, Qarabağ bölgəsində yaşayan erməniəsilli sakinlərin Azərbaycan qanunvericiliyi çərçivəsində reinteqrasiya siyasətini də dəstəkləsin və Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı müdaxilələrdən çəkinsin”, – nazirlikdən bildirilib.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Rəsmi #Bakı #Paşinyanı #Qarabağ #ermənilərinin #Azərbaycan #cəmiyyətinə #reinteqrasiyasını #dəstəkləməyə #çağırıb