Mikayıl Cabbarov Pekində şirkət rəhbəri ilə görüşdü
BEY.AZ informasiya agentliyi xəbər verir
İqtisadiyyat naziri Mikayıl Cabbarov “China Energy International Group Co., Ltd.” şirkətinin sədri Lü Dzesianq ilə görüşüb.
Metbuat.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri “X” (tvitter) sosial şəbəkə hesabında məlumat verib.
“”China Energy International Group Co., Ltd.” şirkətinin sədri Lü Dzesianq ilə Azərbaycanda energetika sahəsində reallaşdırılan təşəbbüslər və şirkətlə əməkdaşlıq imkanları, ölkəmizin “yaşıl” enerji potensialı və işğaldan azad edilmiş ərazilərimizdə həyata keçirilən layihələr barədə müzakirələr apardıq”, – nazir paylaşımında əlavə edib.
Qeyd edək ki, İqtisadiyyat naziri Mikayıl Cabbarovun rəhbərliyi ilə nümayəndə heyəti sentyabrın 1-4-də Çin Xalq Respublikasında səfərdə olacaq.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.
* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Mikayıl #Cabbarov #Pekində #şirkət #rəhbəri #ilə #görüşdü