fbpx

“Ermənilər hərbi təyinatlı obyektlərə mülki şəxsləri cəlb edirlər”

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycanın Qarabağ bölgəsində lokal xarakterli antiterror tədbirləri zamanı dəfələrlə müşahidə edilib ki, Azərbaycan Respublikasının Silahlı Qüvvələri bölmələrinin hədəfindən yayınmaq məqsədilə Ermənistan silahlı qüvvələrinin birləşmələri müxtəlif təyinatlı zirehli döyüş texnikası və atəş vasitələrini yaşayış məntəqələrində yerləşdirib, eyni zamanda hərbi təyinatlı obyektlərə mülki şəxsləri cəlb edir.

Metbuat.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polkovnik Anar Eyvazov sentyabrın 19-da Qarabağdakı antiterror tədbirləri ilə bağlı keçirilən növbəti brifinqdə deyib.

“Məlum olduğu kimi arsenalımızda ən müasir tələblərə cavab verən yüksək dəqiqliye malik silah və döyüş texnikası mövcuddur. Peşəkar hərbi qulluqçularımızın bu silahlardan istifade edilməklə hədəfə aldığı hərbi obyektlərin məhv edilməsi üzrə verilən tapşırıqlar bir çox hallarda məhz hərbi obyektdə mülki şəxslərin olması aşkar edildikdən sonra obyektin hədəfə alınması dayandırılıb”, – o qeyd edib.

A.Eyvazov bildirib ki, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin döyüş texnikasını yaşayış məntəqələrində və yaxud onların ətrafında yerləşdirməsinə baxmayaraq, yüksək dəqiqliklə həyata keçirilən atəş nəticəsində yalnız uzunmüddətli atəş nöqtələri, döyüş texnikası və hərbi məqsədler üçün istifadə edilən hərbi infrastruktur sıradan çıxarılır və zərərsizləşdirilir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Ermənilər #hərbi #təyinatlı #obyektlərə #mülki #şəxsləri #cəlb #edirlər

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin