fbpx

Vardanyan həbs olunacağını bilə-bilə niyə sərhəd-keçid məntəqəsinə gəldi?

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

“Rəsmi Bakının “qara siyahısı”nda olan Ruben Vardanyan Laçın sərhəd-keçid məntəqəsində həbs olunacağını bilirdi. Bunu bildiyi halda Laçın postundan keçmək cəhdi maraqlıdır”.

Metbuat.az xəbər verir ki, bu fikirləri politoloq Asif Nərimanlı bildirib: “Burada birdən çox mümkün versiya var: Birincisi, Ruben Samvel Babayanın gedişindən sonra şansını yoxlamaq istəyib; İkincisi, Rubenə Laçın postunda həbs ediləcəyi təqdirdə, sonradan buraxılması ilə bağlı kimlərsə vəd verib: vədi verən böyük ehtimalla Rusiyadır; Üçüncüsü, Ruben Rusiya və Avropadakı əlaqələrinə güvənir və hesab edir ki, “dostları” onu darda qoymayacaq”.

Onun sözlərinə görə, Vardanyanın həbs riskinə rəğmən, Laçın postundan keçmək istəyi də diqqət çəkir: “Bunun Xankəndindəki vəziyyətlə bağlı olduğu ehtimalı böyükdür. İstisna deyil ki, yaxın günlərdə separatçılar özlərini buraxacaq və ruslar Rubenə, eləcə də haqlarında cinayət işi açılmış digər separatçılara onları qoruya bilməyəcəklərini deyiblər. Rubenin qaçmaq üçün özünü riskə atması bundan qaynaqlana bilər”.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Vardanyan #həbs #olunacağını #biləbilə #niyə #sərhədkeçid #məntəqəsinə #gəldi

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin