Zaur Kamal bu kanalda aparıcılıq edəcək
![](https://i0.wp.com/bey.az/wp-content/uploads/2023/10/1481757-scaled.jpg?fit=2560%2C1416&ssl=1)
Aparıcı Zaur Kamal yeni televiziya mövsümündə daha bir kanalda aparıcılıq edəcək.
Metbuat.az axsam.az-a istinadən xəbər verir ki, o, “Ləzzətli oyun” verilişi ilə həftəiçi dörd gün ATV kanalında tamaşaçıların görüşünə gələcək.
Bununla yanaşı, aparıcının sonuncu dəfə 7 il əvvəl nümayiş olunan “Ay Zaur” proqramı da bərpa olunacaq. Sözügedən layihə isə ARB-də yayımlanacaq.
Qeyd edək ki, Zaur uzun illər “Xəzər TV”də çalışıb. O, hazırda ARB-də nümayiş olunan “Həmin Zaur” proqramının aparıcısıdır.