Onlarla sui-qəsddən sağ çıxaraq İsrailə divan tutan “Qonaq” kimdir?
Xəbər verdiyimiz kimi HƏMAS-ın hərbi qanadı “İzzəddin əl-Qəssam briqadası” İsrailə qarşı “Əqsa tufanı əməliyyatı” başladıb. “Həmas”ın İsrailə və İsrailin cavab əməliyyatları nəticəsində yüzlərlə insan həlak olub.
Metbuat.az xəbər verir ki, “İzzəddin əl-Qəssam briqadası”nın hücumu bütün dünyanın diqqətini cəlb edib. Silahlıların İsrailin ordusunun müdafiəsini aşması maraq doğurub. Xarici KİV-lərin məlumatına görə, hücumun planlaşdıran şəxs “İzzəddin əl-Qəssam briqadası”nın lideri “Qonaq” ləqəbi ilə tanınan Muhammed Deifdir. Bildirilir ki, Deif indiyədək onlarla sui-qəsddən sağ çıxıb. İsrail Ordusunun sözçüsü Hidai Zilberman 2 il əvvəlki əməliyyatdan sonra “Biz əməliyyat boyu Məhəmməd Deyfi öldürməyə çalışdıq” deməklə onun silahlılar üçün nə qədər vacib şəxs olduğunu ortaya qoyub.
Deyf 1965-ci ildə işğal altındakı Qəzzada Xan Yunus qaçqın düşərgəsində anadan olub. Əsl adı Məhəmməd Diab İbrahim əl-Məsri olan briqada lideri köçəri həyat tərzinə görə sonralar ərəbcə “qonaq” mənasını verən “Deif” adı ilə tanınıb.
1980-ci illərdə HƏMAS-ın qurulmasından sonra qruplaşamaya qoşulan Deif 2002-ci ildə HƏMAS-ın qurucularından olan Salah Şehadanın öldürülməsindən sonra HƏMAS-ın hərbi qanadının rəhbəri olub. Deif Qəzzada qazılan tunelləri layihələndirən şəxs kimi də tanınır.