Ronaldodan çılğın plan – Messiyə sürpriz etmək istəyir
Kriştiano Ronaldo “Əl-Nəsr” klubuna müqaviləsini uzatmaq istədiyi barədə təklif göndərib.
Metbuat.az xəbər verir ki, Ronaldonun bu istəyi onun Dünya Çempionu olmaq istəməsi ilə bağlıdır. “Cadena COPE” xəbər verir ki, Ronaldo müqaviləsini uzatmaqla daha 3 il formada qalaraq ABŞ, Kanada və Meksikanın birgə ev sahibliyi edəcəyi dünya çempionatına qatılmaq istəyir. Xəbərdə deyilir ki, Ronaldo argentinalı superulduzun 2022-ci il Dünya Kuboku şöhrətindən zövq aldığını görüb və özü də bu titulu qazanmaq istəyir.
Məlumatda qeyd edilir ki, Ronaldo 2027-ci ilə qədər futbol oynamağı planlaşdırır və beləliklə, Ronaldo karyerasının sonunda Messini Dünya Kuboku qələbəsi ilə təəccübləndirməyi hədəfləyir.