Arda Gülər nəhayət debüt oyununa çıxır
“Real Madrid”in futbolçusu Arda Güler meyadan qayıdır.
BEY.AZ xəbər verir ki, baş məşqçi Karlo Ançelotti onu oyuna buraxaacğını ifadə edib.“As” qəzetinin məlumatına görə, “Real” növbəti turda səfərdə “Sevilya” ilə qarşılaşacaq. Karlo Ançelotti həkim heyətinin nəzarəti altında Arda Gülerin risk olmadığı təqdirdə “Sevilya” ilə matçda oynayacağını deyib. Bildirilib ki, Arda bu oyunda meydana çıxmasa Çempionlar Liqasında “Braqa” ilə oyunda heyətdə yer alacaq.
“Real Madrid”ə yaxın mənbələrin məlumatına görə, Ançelotti ilə söhbətindən sonra Arda Güler ailəsinə “Düşünürəm ki, vaxtıdır. İlk matçımı Bernabeuda keçirəcəyəm, bu mənim ən böyük arzumdur” deyə xəbər verib. Ardanın bu sözlərindən sonra ailə üzvləri sevincdən göz yaşlarına hakim ola bilməyib.