fbpx

Azərbaycanın xam neft ixracından əldə olunan gəliri açıqlandı

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın xam neft və neft məhsullarının ixracından əldə etdiyi gəlir 2022-ci ilin analoji dövründəki 14,9 milyard dollarla müqayisədə azalaraq, 12,1 milyard dollar olub.

BEY.AZ bu barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir.

Beləliklə, ölkənin xam neft və neft məhsullarının ixracından əldə etdiyi gəlir illik hesablamada 18,6 faiz azalıb.

Azərbaycandan ixrac olunan xam neft və neft məhsullarının həcmi 2022-ci ilin yanvar-sentyabr aylarındakı 19,5 milyon tonla müqayisədə, bu ilin analoji dövründə 2,05 faiz artaraq, təqribən 19,9 milyon tona çatıb.

DGK-nin məlumatlarına əsasən, hesabat dövründə Azərbaycanın ixracının ümumi həcmində xam neft və neft məhsullarının payı ötənilki 50,46 faizlə müqayisədə, 45,79 faiz olub.

Qeyd edək ki, Azərbaycan nefti qonşu ölkələrə və dünya bazarına üç boru ilə – Bakı-Novorossiysk, Bakı-Supsa və Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərləri ilə nəql olunur. Hazırda Bakı-Supsa boru kəməri ilə nəql dayandırılıb.

Bundan başqa, neft dəmir yolu ilə Gürcüstanın Batumi və Kulevi terminallarına ixrac olunur.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Azərbaycanın #xam #neft #ixracından #əldə #olunan #gəliri #açıqlandı

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin