fbpx

Bu ölkəyə birbaşa hücum edilə bilər

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone olBEY.AZ informasiya agentliyi xəbər verir

“HƏMAS-ın İsrailə qarşı terror hücumu və İsrailin buna qarşı Qəzzada mülki infrastrukturu və xəstəxananı hədəf alması müharibənin yeni mərhələyə gəlib çıxmasına səbəb ola bilər”.

Bu fikirləri BEY.AZ-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib. ABŞ-nin prezidenti Co Baydenin İsrailə səfər etdiyini xatırladan politoloq hesab edir ki, artıq Yaxın Şərqdə yeni hərbi, siyasi nizam formalaşır:

“HƏMAS-ın Beyrutdakı Siyasi Bürosunun rəhbəri Əhməd Əbdülhadi ikinci cəbhə ehtimalını gündəmə gətirib və Hizbullahın müharibəyə hazırlaşdığını bildirib. Göründüyü kimi həm İran, həmd də ABŞ başda olmaqla İsrail bir-birlərinə qarşı yeni cəbhə formalaşdırırlar. Düşünürəm ki, müharibə İrana qarşı hərbi tədbirlər görməsinə gətirib çıxaracaq. Qəzza zolağında HƏMAS tamamilə məhv edildikdən sonra ya Fələstinin, ya da İsrailin nəzarətinə keçəcək. Bu qərarı da ABŞ administrasiyası verəcək”.

Politoloq qeyd etdi ki, Baydenin səfəri nəticəsində alınacaq qərarlar bundan sonrakı proseslərin idarə olunmasına ciddi təsir edəcək:

“Düşünürəm ki, Livanla İsrail arasında da mümkün ola bilər. Artıq İsraillə ərəb ölkələri arasında münasibətlər daha da gərginləşib. İbrahim anlaşması fiaskoya uğrayıb. İsrail–HƏMAS müharibəsinin regional bir müharibəyə çevrilməsi də mümkündür. Türkiyə çalışır ki, münasibətləri normallaşdırsın və müharibə geniş ərazilərə yayılmasın, amma göründüyü kimi, İsrailin və ABŞ-nin öz strategiyası var. Bu strategiyanın əsas hədəfi HƏMAS-ın, xüsusilə İranın proksi qüvvələrinin tamamilə Yaxın Şərqdə məhv edilməsidir. Bu addımlardan sonra birbaşa İrana hücum həyata keçirilə bilər”, – deyə M. Əsədullazadə qeyd edib.

Gülbəniz Hüseynli / BEY.AZ

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #ölkəyə #birbaşa #hücum #edilə #bilər

Bir Cevap Yazın

Back to top button

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin