2030-cu ilə qədər meşəsalma işlərinə sərf ediləcək vəsait AÇIQLANDI
2030-cu ilə qədər meşəbərpa və meşəsalma işlərinin aparılmasına 891,980.00 manat vəsait sərf ediləcək.
BEY.AZ xəbər verir ki, bu, Maliyyə Nazirliyinin “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” üzrə dövlət büdcəsində nəzərdə tutulan vəsaitin DİM-lərlə uyğunluğu cədvəlində əksini tapıb.
Qeyd olunub ki, bu, səhralaşma ilə mübarizə aparmaq, korlanmış sahə və torpaqları, o cümlədən səhralaşmaya, quraqlığa və daşqınlara məruz qalmış sahələri bərpa etmək və torpaq korlanmasına qarşı neytral dünyaya nail olmağa çalışmaq məqsədilə həyata keçiriləcək.