Dünyanın ən bahalı hücumçusu o oldu
“Transfermarkt” internet portalı özünün teleqram kanalında dünyanın ən bahalı hücumçularının siyahısını dərc edib.
BEY.AZ Report-a istinadən xəbər verir ki, siyahıda birinci yeri İngiltərənin “Mançester Siti” klubunun norveçli hücumçusu Erlinq Hooland tutub. Birinci yeri norveçli ilə Fransanın “PSJ” klubunun futbolçusu Kilian Mbappe bölüşür.
İlk üçlüyü “Real Madrid”dən Vinisius Junior (150 milyon avro – Qeyd) tamamlayıb.
Erlinq Hooland keçən mövsüm İngiltərənin “Mançester Siti”sinin ən yaxşı oyunçusu seçilib. O, 52 matçda iştirak edib, bütün yarışlarda 52 qol vurub və 9 məhsuldar ötürmə verib. Qeyd edək ki, bu, norveçlinin İngiltərə Premyer Liqasında (APL) debüt mövsümü idi.
Avqustun 31-də norveçli forvard Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) versiyasına görə ilin ən yaxşı futbolçusu seçilib.