Xəbərlər
Adları açıqlanan şəhidlərdən ikisi polkovnik-leytenant olub

Sentyabrın 19-20-də lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olan hərbi qulluqçularımızın arasında yüksəkrütbəli şəxslər də var.
bey.az xəbər verir ki, onlardan ikisi polkovnik-leytenant rütbəsi daşıyıb.
Həmin iki şəxsdən biri DİN-in Daxili Qoşunlarının hərbi qulluqçusu Hüseynov Rəşad Rəhim oğludur. Şəhid olan digər polkovnik-leytenant isə Müdafiə Nazirliyinin hərbçisi Vüsal Rüstəmovdur.

Hüseynov Rəşad

Vüsal Rüstəmov




