Xəbərlər
Azərbaycan qeyri-neft ixracını 11% artırıb

Bu ilin yanvar sentyabr aylarında Azərbaycan 2 milyard 434,32 milyon ABŞ dolları dəyərində qeyri-neft məhsulları ixrac edib.
Bu barədə bey.az-a İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən bildirilib.
Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,6 % çoxdur.
Xatırladaq ki, 2022-ci ildə Azərbaycanın qeyri-neft ixracı 2021-ci illə müqayisədə 12,3 % artaraq 3 milyard 47,67 milyon ABŞ dolları təşkil edib.





