BEY TV

Azərbaycan və Türkiyə arasında milyonluq dələduzluq qalmaqalı — Mustafa Karakamçı 762.000 dolların geri qaytarılmasını tələb edir

Türkiyə vətəndaşı Mustafa Karakamçı Özgüvən uzun illərdir Azərbaycanda üzləşdiyi maliyyə fırıldağının qurbanı kimi ədalət axtarışını davam etdirir. Onun iddiasına görə, sifariş verdiyi və ödənişi tam şəkildə həyata keçirdiyi mis məmulatlarının dəyəri 762.000 ABŞ dolları təşkil edib. Lakin ödənişdən sonra nə məhsul çatdırılıb, nə də pul geri qaytarılıb.

Hadisə, Azərbaycan Respublikasının paytaxtı Bakıda, Binaqədi rayonu ərazisində baş verib. Müqavilə tərəfləri — Ayaz Salehov və Mithat Demir adlı şəxslərin vasitəçiliyi ilə həyata keçirilib. İddiaya əsasən, Mustafa Karakamçı tərəfindən ödənilən vəsait Mithat Demir vasitəsilə Ayaz Salehova təhvil verilib, lakin mal göndərilməyib.

Məsələ ilə bağlı həm Azərbaycan, həm də Türkiyə dövlət qurumlarına rəsmi müraciətlər olunub. 22 yanvar 2016-cı il tarixli T.C. Ekonomi Bakanlığı sənədində təsdiqlənir ki, məsələ Türkiyə tərəfi tərəfindən Bakıda araşdırılmış, Mithat Demir ifadəsində malları almadığını və məsələ ilə bağlı Azərbaycan hüquq-mühafizə orqanlarına şikayət etdiyini bildirib. Sənəddə həmçinin qeyd olunur ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Binaqədi RPİ tərəfindən Ayaz Salehov barəsində dələduzluq ittihamı ilə araşdırma başladılıb.

Bu işin üzərindən bir neçə il keçməsinə baxmayaraq, zərərçəkmiş Mustafa Karakamçı hələ də ədalət bərpa olunmasını gözləyir. O, məsələ ilə bağlı Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) nə də müraciət edib. 4 mart 2024-cü il tarixli rəsmi cavab məktubunda Ombudsman Aparatı məsələni Azərbaycan Respublikasının Baş Prokurorluğuna yönləndirdiyini və araşdırma aparılmasını xahiş etdiyini təsdiqləyib.

Bir yanıt yazın

Başa dön tuşu