Xəbərlər

Bakıda hamilə qadını avtomobil vurub

Bakının Xəzər rayonununda hamilə qadının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BEY.Az “report”a istinadən bildirir ki, avtomobil yolu keçən 1985-ci il təvəllüdlü S. Qafarovanı vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması, baş-beyin əziyi və döş qəfəsinin küt travması diaqnozları qoyulub.

Hadisənin təfərrüatı araşdırılır.

Bir yanıt yazın

Başa dön tuşu