Xəbərlər

Bakıda havanın temperaturu iqlim normasından 5,2 dərəcə yuxarı olub

BEY.AZ informasiya agentliyi xəbər verir


Azərbaycanda müşahidə olunan faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən bey.az-a bildirilib ki, avqustun 12-si saat 12:00-a olan məlumatına əsasən ölkə ərazisində isti və bürkülü hava şəraiti davam edir.

Havanın maksimal temperaturu avqustun 11-də Bakıda iqlim normasından 5.2 dərəcə yuxarı olub.

Bakıda və Abşeron yarımadasında 41 dərəcəyədək, Naxçıvan MR-da və aran rayonlarında 43 dərəcəyədək, Gəncə-Qazax zonasında 41 dərəcəyədək, dağlıq rayonlarda 35 dərəcəyədək isti olub.

İsti hava dalğasının təsiri nəticəsində ölkə ərazisində müşahidə olunan isti və bürkülü hava şəraitinin avqust ayının ortalarınadək davam edəcəyi gözlənilir.



You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.


* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz.
#Bakıda #havanın #temperaturu #iqlim #normasından #dərəcə #yuxarı #olub

Bir yanıt yazın

Başa dön tuşu