Xəbərlər
Bakıda uşaq bağçası qarət edildi

BEY.AZ informasiya agentliyi xəbər verir
Bakıda uşaq bağçası qarət olunub.
Daxili İşlər Nazirliyindən bey.az-a verilən məlumata görə, Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə fevralın 3-də Yeni Yasamal yaşayış sahəsində yerləşən uşaq bağçalarının birindən 2 ədəd noutbukun oğurlanması barədə məlumat daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri B.Bağırov və C.Qarayev müəyyən edilərək saxlanılıb.
Araşdırma aparılır.
You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.





