Xəbərlər

Bakıda yaşayış binası yanıb – VİDEO / YENİLƏNİB

BEY.AZ informasiya agentliyi xəbər verir


Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın olub.

Bu barədə bey.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, paytaxtın Xətai rayonu, Xətai prospekti 38 ünvanında çoxmərtəbəli yaşayış binasının 6-cı mərtəbəsində ümumi sahəsi 60 m² olan 2 otaqlı mənzilin 1 otağında ev əşyaları yanıb.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi nəticəsində yanğın qısa müddət ərzində məhdudlaşdırılaraq söndürülüb.

Mənzil yanğından mühafizə olunub.

12:46

Bakıda yaşayış binasında yanğın başlayıb.

bey.az Oxu.Az-a istinadən xəbər verir ki, yanğın paytaxtın Xətai prospektində yerləşən binalardan birində qeydə alınıb.

Yanğının görüntülərini təqdim edirik:





You must enable Javascript on your browser for the site to work optimally and display sections completely.



Google News Abone ol

Bir yanıt yazın

Başa dön tuşu