Xəbərlər

“Bayer 04” oyununa biletlərin qiyməti açıqlandı

Videoları sosial şəbəkə hesablarımızda izləmək üçün bu hesablara abone ol BEY.AZ informasiya agentliyi xəbər verir

UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunda keçiriləcək “Qarabağ” – “Bayer 04″ (Almaniya) oyununun biletləri satışa çıxarılır.

BEY.AZ xəbər verir ki, biletləri sabah saat 12:00-dan iticket.az-dan almaq mümkün olacaq.

Qiymət müvafiq olaraq 5, 20, 40 və 100 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən fanatlar üçün biletlərin qiyməti isə 250 manatdır.

Satış məntəqələri:

Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);

Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;

”Changan Azerbaijan”da isə VVIP, VIP və CAT 1 biletlər satılacaq.

Qeyd edək ki, noyabrın 9-da baş tutacaq qarşılaşma saat 20:45-də start götürəcək.

* Xəbər və məlumatları bizim email adresimizə göndərə bilər və ya yuxarıda qeyd edilən Məqalə yaz bölməsindən özünüzdə əlavə edə bilərsiz. #Bayer #oyununa #biletlərin #qiyməti #açıqlandı

Bir yanıt yazın

Başa dön tuşu