Gənc qız sevgilisinə görə anasını öldürdü, sonra isə… – FOTO
Türkiyədə gənc qız anasını öldürərək intihar edib.
Bey.az lent.az-a istinadən bildirir ki, hadisə Ankara şəhəri Keçiören qəsəbəsində baş verib. 25 yaşlı Dilarə Alagöz evdə mübahisə zamanı bıçaqla 55 yaşlı anası Ayşe Alagözün boynuna xəsarət yetirərək onu öldürüb. Daha sonra o, tikintisi davam edən binaya gedərək, 10-cu mərtəbədən özünü atıb.
Gənc qız aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Qızın atasının və nənəsinin iddialarına görə, anası Dilarə Alagözə sevgilisi ilə görüşməyə icazə verməyib və telefonunu əlindən alıb. Mübahisə də bu səbəbdən başlayıb. Gənc qızın həmçinin narkotik aludəçisi olduğu da bildirilir.