fbpx

Goranboydakı sevgi dramı

Goranboyda nişanlı cütlüyün intihar etməsi barədə xəbər vermişdik.

Bey.az bildirir ki, hadisə ilə bağlı bəzi faktlar üzə çıxıb.

Özünü asan 25 yaşlı Ceyhun Məmmədovun yaşadığı Tatarlı kəndinin sakinləri saytımıza bildiriblər ki, onlar nişanlı olmayıb: “Qızla oğlan uzun illər idi bir-birini sevirdi. Lakin müəyyən ailə məsələlərinə görə onlara münasibətlərini rəsmiləşdirməyə imkan vermədilər. Ceyhun yaxşı tanıdığımız biri idi. Ailəsindən də heç bir problem eşitməmişik. O, işdən gəlib və özünü asıb. Hazırda prokurorluq məsələni araşdırır”.

Lentaz qızın yaşadığı Səfikürd kəndinin sakinləri ilə də əlaqə saxlayıb.

Sakinlərin sözlərinə görə, qızla oğlan bir birini çox sevirmiş. Lakin qızın ailə problemlərinə görə oğlanın valideynləri bu münasibətə qarşı çıxıb və gənclərin nişanlanmasına imkan verməyib. Buna görə də hər ikisi intihar etməyə qərar verib. Oğlan intihar edib, lakin qız son anda xilas edilib”.

Bir Cevap Yazın

Başa dön tuşu

BEY.AZ sitesinden daha fazla şey keşfedin

Okumaya devam etmek ve tüm arşive erişim kazanmak için hemen abone olun.

Okumaya Devam Edin