fbpx

Paşinyan yenə çərənlədi

Rüya Yorumları burda

ABŞ paytaxtında Azərbaycan-Ermənistan XİN rəhbərləri səviyyəsində danışıqların ikinci raundu bitir.

Diqqət çəkicidir ki, məhz sonuncu gün Ermənistan baş naziri Nikol Paşinyan növbəti dəfə “sülh göyərçini” obrazına girib.

Hökumətin bugünkü iclasında Paşinyan əvvəlcə bildirib: “Vaşinqtonda xarici işlər nazirimizin başçılıq etdiyi Ermənistan nümayəndə heyəti sülh sazişinin mətninin razılaşdırılması üçün Azərbaycan nümayəndə heyəti ilə danışıqları davam etdirir. Regionumuzda sülhün alternativi yoxdur. Ermənistan hökuməti bütün çətinliklərə rəğmən, sülh xəttini davam etdirəcək”.

Ardınca isə o, yenə “açarını” itirərək, utanıb-qızarmadan, ənənəvi erməni sırtıqlığı ilə Bakını Qarabağda “etnik təmizləmə” və hətta Vaşinqton danışıqlarını pozmaq üçün xeyli öncədən təxribat hazırlığında ittiham edib.

Sitat: “Azərbaycanın iyunun 27-də Dağlıq Qarabağda 4 hərbçinin ölümü ilə nəticələnən hərbi təxribatı uzun müddətdir hazırlanırdı. Onlar (Azərbaycan tərəfi – Z.S.) Dağlıq Qarabağın Müdafiə Ordusu tərəfindən guya atəşkəs rejiminin pozulması ilə bağlı dezinformasiyalar yayırdılar və bu, Dağlıq Qarabağın hakimiyyət orqanları tərəfindən ardıcıl təkzib olunurdu. Azərbaycanın məqsədi vəziyyəti gərginləşdirmək, Dağlıq Qarabağda etnik təmizləmə aparmaq, Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması səylərini pozmaq, Dağlıq Qarabağ əhalisinin hüquq və təhlükəsizliyi məsələlərinin həlli istiqamətində səyləri puça çıxarmaqdır”.

Rüya tabirlerini burdan oku

“Dağlıq Qarabağ”, “Dağlıq Qarabağın hakimiyyət orqanları”, “4 erməni hərbçi”, “Dağlıq Qarabağın Müdafiə Ordusu”… – ifadələrə bax!

Azərbaycanın suveren ərazisində görəsən hansı “müdafiə ordusu”nun varlığından, “Dağlıq Qarabağın hakimiyyət orqanları”ndan, “erməni hərbçi”lərdən dəm vurur Nikol? Onlar hamısı ordumuzun legitim hədəfi deyilmi?! Ərazi bütövlüyümüzü tanıdığını söyləyən N.Paşinyan bunu bilmirmi? Yoxsa imza atdığı 10 noyabr kapitulyasiya sənədinin 4-cü bəndini də unudub?

Erməni terrorçular həm də həmin bənd əsasında gəbərdiliblər! Ordumuz Ağdamdakı əsgərimizin yaralanmasına, erməni təxribatına, sadəcə, misli ilə cavab verib. Vəssalam.

pasinyan

Yeri gəlmişkən, öldürülən 5 qanunsuz silahlının çoxu Ermənistan vətəndaşıdır. Odur ki, qoy Paşinyan əvvəlcə bir izahat versin görək, onların ərazimizdə nə ölümü vardı? Bəs deyirdi ki, Azərbaycanda Ermənistan vətəndaşları daha “hərbi xidmət” keçmir.

Öldürülən Ermənistan vətəndaşlarının Rusiya “sülhməramlılar”ın köməyi ilə Qarabağa soxulduqları zərrəcə şübhə doğurmur. O Rusiya ki, ABŞ-dakı sülh prosesindən “cin sancaqdan qorxan kimi” qorxur. O zaman Nikol nə sayıqlayır, təxribatçı kimdir indi? Ağzının dediyini qulağı eşidirmi?

Dünyada ən güclü kəşfiyyat, agentura şəbəkəsinə malik ABŞ, onun Dövlət Departamenti şəksiz ki, reallıqdan xəbərdardır. Elə o səbəbə Departament separatçı ünsürlərin Vaşinqton danışıqlarını dərhal dayandırmaq barədə dünənki özünüifşa çağırışını ciddiyə almadı. Çünki amerikanlar Moskvanın “Şeytan yuvası” ilə birgə təşkil elədiyi bu avantürada tək hədəfin Vaşinqton danışıqlarını pozmaq olduğunun yaxşı fərqindədirlər.

Ötə yandan, Azərbaycanın sülh sənədini ləngitməkdə, yeni müharibədə nə marağı ola bilər ki, əgər 44 günlük savaş bitər-bitməz, məhz Bakı düşmənçilik səhifəsini həmişəlik çevirmək üçün, sülh sazişi imzalamaq üçün beynəlxalq hüquqa söykənən 5 baza prinsipini irəli sürübsə, əsas diqqətini, maliyyə resurslarını “Böyük Qayıdış”a, ərazilərin minalardan təmizlənməsinə yönəldibsə, 1 nömrəli məqsədi dinc quruculuqdursa…

“Blokada” uydurmalarına gəlincə, hər şey qırağa, məntiqlə Ermənistan ərazi bütövlüyümüzü tanıyırsa, onda nədən İrəvan Qarabağdakı bir ovuc erməni əhalinin humanitar (ərzaq) ehtiyacının, digər tələbatlarının (işıq, qaz, su və s.) suveren Azərbaycanın öz ərazisi (Ağdam) hesabına təmin edilməsinə qarşıdır? Eləcə də onun Avropadakı havadarları – Fransa, Avropa Parlamenti və onun korrupsiyaya bulaşmış ermənipərəst deputatları. Həmçinin də Rusiya. Oradakı erməni əhalini indi kim acından öldürmək istəyir – Azərbaycan, yoxsa…

Deməli, iki xalqın barışığını, qarşılıqlı əməkdaşlığı, inteqrasiyanı, sülhü arzulamayan heç də Bakı deyil. Kimlərdir? Çevrəni yuxarıdakı abzasda cızdıq…

Buna həm də Nikolun qabaqdangəlmişlyi deyərlər. Çünki apaydındır ki, sülh müqaviləsini əngəlləyən məhz İrəvanın “Qarabağ” bəhanəsidir. Bakı isə Ermənistanın daxilinə aid olan heç bir məsələni şərt kimi qoymur. Misal üçün, Qərbi Azərbaycanlılar (Qərbi Zəngəzur) problemi.

İş də ondadır ki, əgər bu dəfə də Vaşinqton danışıqları nəticəsiz bitsə, bu, müstəsna olaraq Ermənistan tərəfinin ayağına yazılacaq və ABŞ çətin ki, bunu İrəvana, Nikola bağışlasın. Ona görə ki, söhbət dünyanın ən qüdrətli dövlətinin imicindən gedir.

Sözsüz ki, növbəti diplomatik uğursuzluqdan Rusiya dərhal Vaşinqtonun, Qərbin əleyhinə istifadə edəcək, özünü vazkeçilməz moderator qismində öyəcək. Kremlin Azərbaycan-Ermənistan barışığına qarşı olduğunu isə az qala, uşaq da bilir.

Siyasi müşahidəçilərə görə, onsuz da Ermənistan şirkətlərinin adı Rusiyaya yardımla bağlı sanksiyalar siyahısına düşüb. Yəni Ağ Ev hökuməti artıq İrəvandan narazıdır. Hətta ona qəzəblidir. Bu yandan da sülh prosesini pozub ABŞ-ın təşəbbüsünə badalaq vurmaq.

Baxaq görək, “Sem dayı”nın, Blinkenin budəfəki reaksiyası nə olacaq? Səbir kasaları nə vaxt dolacaq? İrəvan sırf Rusiyanın əlini gücləndirən sülh oyunbazlığına görə nəhayət, ABŞ-dan şillə yeyəcəkmi?

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Başa dön tuşu